GündəmHadisə

Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələyib

Saatlıda bədbəxt hadisə baş verib.

“QİA.AZ” xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1996-cı il təvəllüdlü Mənsimov Allahverdi Orucəli oğlu ehtiyatsızlıqdan əlində olan ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib.

Hadisə çöllük sahədə baş verib. Belə ki, örüş sahəsində mal-qara otaran zaman A.Mənsimov kanalı keçmək istəyərkən, ayağı sürüşüb və ov tüfəngindən açılan atəş nəticəsində boğaz nahiyəsindən ağır yaralanıb. Nəticədə aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Saatlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Əlaqəli xəbər

Back to top button