İqtisadiyyat

Sahibkarlığın İnkişafı Fondu alternativ maliyyə alətləri yaradacaq

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.

“QİA.AZ” xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirib.

K.Nəcəfov qeyd edib ki, 4 mərhələdə bazara yeni maliyyə alətləri təqdim ediləcək: “Hazırda Fond investisiya layihələri üçün kredit ayırır. Müşahidə edirik ki, dövriyyə vəsaiti üçün də kreditlərə ehtiyac var. Birinci mərhələdə faktorinq və lizinq alətlərini təklif etmək istəyirik. Biz daha ucuz və güzəştli şərtlərlə faktorinq təqdim edəcəyik. Lizinq isə lizinq şirkətləri vasitəsilə təqdim ediləcək. Bu istiqamətdə planlar çox genişdir.

Digər yeni kredit növləri və alətləri sahibkarlara təqdim etməyə planlaşdırırıq. Məsələn, şirkətlərin emissiya etdiyi istiqrazları alaraq müqabilində onlara maliyyə dəstəyi vermək istəyirik”.

Əlaqəli xəbər

Back to top button