İdmanFutbol

“Sumqayıt” klubu kapitanı ilə müqaviləni uzadıb

Movavi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk olaraq kapitanla müqaviləni yeniləyib. Belə ki, Vurğun Hüseynov növbəti mövsümdə də komandamızda çıxış edəcək.

Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt” FK-nın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda komandamızda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və “A” millilərində də çıxış edib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button