Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.