Hadisə

Sumqayıtda itkin düşən qadın axtarılır

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “QİA.AZ”-a verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy rəngli qış gödəkçəsi, qara şalvar, ayağında çəkələk olub.

Onun əlamətləri belədir: Boyu təxminən 150 sm, ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir.

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə  (+99418) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Əlaqəli xəbər

Back to top button