SiyasətManşet

Şuşa sakinləri 29 ildən sonra doğma şəhərlərində olublar

Movavi

Bu gün daha 52 Şuşa sakini doğma şəhərlərinə səfər ediblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə, ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər. Sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər. Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanıblar.

Qeyd edək ki, şuşalıların ilk səfəri avqustun 19-da baş tutmuşdu və 50 sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanmışdılar.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button