Gündəm

Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib

Movavi

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq.

QİA.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində bildirib.

“Bunları nəzərə alaraq, ekspert komissiyası test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”- nazir yazıb.

Qeyd edək ki, MİQ-də iştirak edən namizədlər sosial şəbəkələrdə test tapşırıqlarının çətinliyindən şikayətləniblər.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button