CəmiyyətManşet

Tarixdə bu gün – 15 iyun

Movavi

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1215-ci il 15 iyunda İngiltərə kralı Con (John) tərəfindən “Magna Carta” – Böyük Azadlıq qərarı imzalandı. Ölkənin ilk konstitusiya sənədi sayılan “Magna Carta” kralın səlahiyyətlərini məhdudlaşdırdı və xalqa bir sıra hüquq və azadlıqlar verdi.

***

  1389-cu ilin 15 iyununda knyaz Lazarın sərkərdəliyi ilə serblərlə bosniyalıların birləşmiş qoşunları və Sultan I Muradın rəhbərlik etdiyi Osmanlı ordusu arasında həlledici döyüş baş verdi. Bu müharibədə osmanlılar qəti qələbə qazanaraq Serbiyanı öz imperiyalarının vassalına çevirdilər. Bundan sonra Serbiya 400 il Osmanlı dövlətinin tərkibində oldu.

*** 

  15 iyun 1896-cı ildə Yaponiyanın Sanriku bölgəsində meydana gələn zəlzələ 40 metrlik sunami dalğaları yaradaraq 22 mindən çox adamın ölümünə, 11 mindən artıq evin dağılmasına gətirib çıxardı.

***

  1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

  Qeyd edək ki, 15 iyun ölkənin Milli Məclisi tərəfindən Qurtuluş Günü elan edilib.  

***   

  15 iyun 1997-ci ildə Türkiyənin başçılığı ilə 8 inkişaf etmiş İslam ölkəsi – İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Banqladeş D-8 Əməkdaşlıq Təşkilatını qurdu.

***

 15 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Vətənə məhəbbət mövzusu yaradıcılığının leytmotivini olan Norveç bəstəkarı, pianoçu və dirijor Edvard Qriq 1843-cü ilin bu günü dünyaya gəlib.

  27 yaşından (1870) Avropanın bir sıra ölkəsində pianoçu və dirijor kimi konsertlər verən E.Qriqin bəstəkarlıq fəaliyyəti Norveç ədəbiyyatı və incəsənətinin yüksəliş dövrünə təsadüf edir. (1843-1907)

***

  Tanınmış Azərbaycan bəstəkarı Hacı Xanməmmədov 1918-ci il 15 iyunda dünyaya gəlib.

  Konservatoriyada Qara Qarayevin sinfini bitirən H.Xanməmmədov 1946-cı ildə Təbriz Filarmoniyasının bədii rəhbəri, 1966-1969-cu illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının direktoru olub.

  Hacı Xanməmmədova bəstəkar kimi daha çox tar ilə simfonik orkestr üçün konsertləri şöhrət gətirib. (1918-2005)

***

  Azərbaycanın xalq şairi Hüseyn Arif 1924-cü ilin bu günü anadan olub.

  Şeirlərinə xeyli mahnı bəstələnən Hüseyn Arif yaradıcılığının səciyyəvi xüsusiyyətləri zərif lirika, təbiətə və vətənə dərin məhəbbətdir. (1924-1992)

***

  1992-ci il iyunun 15-də Ağdamın Naxçıvanik kəndində jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev faciəli şəkildə həlak olub.

  İxtisasca həkim olan Çingiz Azərbaycan-Ermənistan münaqişəsinin başlandığı ilk günlərdən qaynar nöqtələrə yollanaraq cəbhədən cəbhəyə müntəzəm verilişlər hazırlayıb. Onun avtomatdan daha sərrast, daha tutarlı silahı kamera idi.

  Qarabaq döyüşlərində çəkdiyi video materiallar Çingiz Mustafayevdən Azərbaycan tarixinə qalan əvəzsiz yadigardır. (1961-1992)

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button