Gündəm

Tarixdə bu gün – 31 may

Movavi

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

İngiltərə ordusu ilə Cənubi Afrikada yerləşən və burlar (boers) adlanan holland əsilli ağ mühacirlər arasındakı çıxan savaş nəticəsində ingilislər 1902-ci il 31 mayda Cənubi Afrikanı ələ keçirdilər.

***  

  Sovet hakimiyyətinə qarşı general-mayor Cavad bəy Şıxlinskinin başçılıq etdiyi xalq hərəkatı 1920-ci ilin 31 mayında amansızlıqla yatırıldı.

  Azərbaycan milli azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılan bu üsyan məğlub olsa da, yenidən qurulan Sovet hakimiyyətinə zərbə vurdu.

***

  31 may Cənubi Afrika Respublikasının İstiqlaliyyət Günüdür. Bu ölkə 1961-ci ilin bu tarixində Britaniya Birliyindən çıxaraq müstəqilliyini elan edib.

*** 

  İkinci Dünya Müharibəsi dövründə faşist konslagerlərinin (gestapo) fikir müəllifi və illərlə onu idarə etmiş Adolf Eyxman (Adolf Eichmann) saxta pasportla yaşadığı Argentinada tutulduqdan sonra İsrailə gətirilib 1962-ci ildə mühakimə və edam olundu. O, gestaponun “Yəhudi məsələsi” bölməsinin başında olarkən verdiyi qərarlarla yüz minlərlə yəhudini öldürməkdə günahkar idi.  

***

  Keniyada yaxalanaraq Türkiyəyə gətirilən PKK terror təşkilatının başçısı Abdullah Öcalanın məhkəməsi 1999-cu ilin 31 mayında İmralı adasında başladı. Öcalan məhkəmədə bu təşkilatı özünün qurduğunu və idarə etdiyi müddət boyu terror törətdiyini etiraf etdi.

*** 

  Türkiyənin bir sıra qeyri-hökumət təşkilatları toplanan yardımları Qəzzaya fələstinlilərə aparmaq üçün gəmilər yolda düşdü. 2010-cu ilin 31 mayında gəmilərə İsrail əsgərləri basqın etdi.

  Tarixə “Mavi Marmara basqını” olaraq düşən hadisədə 9 Türkiyə vətəndaşı həyatını itirdi.

  Gəmilərə hücum iki ölkə arasındakı münasibətləri qırılma nöqtəsinə gətirdi.

***

31 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Əsərlərinin leytmotivi “Dünya demokratiyası ideyası” olan, quldarlıq əleyhinə mübarizəni tərənnüm edən məhşur Amerika şairi Uolt Uitmen (Walt Whitman) 1819-cu ilin bu günü anadan olub. 

  Daha çox fəlsəfi əsərlər yazan, cəsarətli novator olan şair sərbəst şeiri özünəməxsus yeni forma və bədii ifadə vasitələrilə zənginləşdirib. (1819-1892)

***

  Azərbaycan neft sənayesində neft daşları dəniz mədənləri inkişafının müəyyən mərhələlərinin müəllifi olan tanınmış neftçi-alim Sabit Orucov 1912-ci il 31 mayda anadan olub.

  S.Orucov uzun illər SSRİ Qaz Sənayesi naziri işləyib. (1912-1981)

***

  Azərbaycanın tanınmış xanəndəsi Sara Qədimova 1922-ci ilin bu günü dünyaya gəlib.  

  Gənc yaşlarından Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olan Sara eyni zamanda Azərbaycan Opera və Balet Teatrında “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli partiyalarını məharətlə ifa edib.

  Sara Qədimovanın repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və xarici ölkə mahnıları xüsusi yer tuturdu. (1922-2005)

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button