CəmiyyətManşet

Tarixdə bu gün – 7 iyun

Movavi

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1494-cü il 7 iyunda İspaniya və Portuqaliya Papanın tələbilə Tordesillas müqaviləsini imzaladı. Müqaviləyə əsasən, Avropa qitəsi istisna olmaqla, şimal-cənub meridianı üzrə kəşf edilmiş və aşkarlanacaq torpaqlar iki ölkə arasında bölüşdürüldü.

***

  Osmanlı sultanı Qanuni Süleymanın şərəfinə İstanbulda Memar Sinan tərəfindən ucaldılan Süleymaniyə məscidi (Süleymaniye Camisi) 1557-ci ilin 7 iyununda açıldı.

***   

  Dünya tarixinin ən uzun müddət taxtda oturan hökmdarı, “Günəş kralı” adı ilə tanınan, “Dövlət mən özüməm” sözləriylə yadda qalan Fransa kralı 14-cü Lüdovik (Louis) 1654-cü il 7 iyunda hakimiyyətə gəldi və 72 il ölkəni idarə etdi.  

***

  Osmanlı sultanı Əbdülməcid tərəfindən inşa etdirilən Dolmabahçe sarayı 7 iyun 1856-cı ildə ailəsinin ixtiyarına verildi.

***

  Yaponiya imperatoru Komeinin yaxın qohumunun İstanbul səfərinə qarşılıq olaraq Osmanlı sultanı II Əbdülhəmidin Yaponiyaya göndərdiyi “Ərtoğrul” gəmisi 1890-cı ilin 7 iyununda Yokohomaya çatdı.

***

  1905-ci il iyunun 7-də Norveç parlamenti – Stortinq 1814-cü ildə imzalanan sazişi ləğv edərək İsveçdən ayrılmaq barədə yekdil qərar qəbul etdi. Bundan 1 il sonra – 1906-cı ildə isə Danimarka şahzadəsi Karl müstəqil Norveçin ilk kralı oldu.

***  

  1905-ci ilin 7 iyun tarixində gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi “Həyat” qəzetinin ilk nömrəsi “Kaspi” mətbəəsində Azərbaycan dilində çapdan çıxdı. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə idilər.

  1906-cı il sentyabrın 3-dək 325 nömrəsi çıxan “Həyat” qəzeti ilə Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Firudin bəy Köçərli və başqa tanınmış ziyalılar əməkdaşlıq ediblər.

***

  1971-ci ilin bu günü “Salyut” kosmos stansiyası ilə “Soyuz-11” kosmik nəqliyyat gəmisinin birləşməsi nəticəsində dünyada ilk pilotlu orbital “Salyut” stansiyası yarandı.

***

  7 iyun 1977-ci ildə Türkiyə sənətçisi Semiha Yankı XIII Beynəlxalq Qızıl Orfe Mahnı Yarışmasında birinci oldu.

***   

  1981-ci ilin 7 iyununda nüvə silahı istehsal etdiyi iddiası ilə İsrail döyüş təyyarələri İranın Osirak nüvə mərkəzinə hava hücumu etdi.  

***

  7 iyun 1982-ci ildə Türkiyənin Portuqaliyadakı Səfirliyinin inzibati attaşesi Erkut Akbay və həyat yoldaşı Nadide xanım evlərinin önündə ASALA erməni terror təşkilatının silahlı hücumu nəticəsində həlak oldular.

***

  2007-ci il 7 iyunda keçirilən Türkiyə İşarə Dili Simpoziumundan sonra 7 İyun Türk İşarə Dili Bayramı olaraq qəbul edildi.

***

7 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın Qeysər Kaşıyeva 1893-cü ilin bu günü Tiflisdə dünyaya gəlib.

  14-15 yaşlarında (1907-1908) Qafqaz İncəsənət Təşviq Cəmiyyəti nəzdindəki siniflərdə təhsil alan Qeysər yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin mədəni tədbirləri üçün afişa və məramnamələr tərtib edib. Akvarel, qara tuş, karandaş və kömürlə (1907) çoxlu rəsm və mənzərə çəkib. Ötən əsrin 20-ci illərində “Şərq qadını” jurnalı için illüstrasiyalar işləyib.

  Qeysər Kaşıyevanın rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. (1893-1972)

***

  Bu gün tanınmış telejurnalist Əhməd Aşurbəyovun xatirə günüdür.

  Bakıda anadan olan Əhməd Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi fəaliyyətə başlayıb.

  Sonralar Azərbaycanda rəngli televiziyanın ilk baş redaktoru olan Əhməd Aşurbəyov respublika teleməkanında kino proqramları redaksiyasının yaradıcısı və baş redaktoru idi. Milli film xadimlərinin tanınması, dünya kinosunun Azərbaycan tamaşaçılarına çatdırılması istiqamətində əvəzsiz xidmətləri olub: “Retro” kinosalonu, “Cırtdan” kinosalonu, “Kinoklub” əyləncəli proqramı məhz Əhməd Aşurbəyovun təşəbbüsü ilə mavi ekrana çıxıb. Onun ssenariləri əsasında “Bakı eyvanları” və “Bakı Azərbaycanın paytaxtıdır” sənədli filmləri çəkilib.

  Əhməd Aşurbəyov həm də Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Əsilzadələr Məclisinin üzvü idi. (1942-2001)

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button