Region

Tbilisidə LGBT nümayəndələrinin ofisinə basqın olub

Movavi

Tbilisidə cinsi azlıqların təmsil olunduğu “Tbilisi Pride” qeyri-hökumət təşkilatının ofisinə basqın olub.

QİA.AZın yerli bürosu xəbər verir ki, basqınçılar ofisin eyvanına dırmaşaraq LGBT bayrağını cıraraq yerə atıblar və yerinə Gürcüstan bayrağını asıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyi QHT-ni bu günə Rustaveli prospektində təyin etdiyi yürüşü keçirməkdən imtina etməyə çağırıb.

Qeyd edək ki, Tbilisinin mərkəzində səhər saatlarından etibarən gərginlik yaşanır. Radikal, millətçi qruplaşmalar və din xadimləri cinsi azlıqların “Ləyaqət yürüşü”nün baş tutmaması üçün etiraz edirlər.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button