Siyasət

Texnologiyanın inkişafı ilə iqlim dəyişikliyi probleminin qarşısını ala bilərik – ABŞ rəsmisi

Biz indiki dövrdə texnologiyalara daha çox önəm verməliyik. Düşünürəm ki, yalnız texnologiyanın inkişafı ilə iqlim dəyişikliyi və qida təhlükəsizliyi ilə bağlı problemlərin qarşısını ala bilərik.

QİA.AZ“ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Qida və Qida Təhlükəsizliyinin Təşviqi” mövzusunda paneldə çıxış edən ABŞ Dövlət Departamentinin keçmiş elm müşaviri Nina Fedoroff deyib.

O, həmçinin qeyd edib ki, çağdaş elmlərin yeniliklərindən çox istifadə etməliyik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Əlaqəli xəbər

Back to top button