Teymur Rəcəbov Aronyana qalib gəldi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə “Grand Chess Tour” seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.

QİA.AZ-ın məlumatına görə, XVII tura təsadüf edən blits qarşılaşması 34 yaşlı qrossmeysterin qələbəsi ilə başa çatıb.

Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə rəqibini təslim olmağa məcbur edib.

Oxşar Xəbərlər