Tokio-2020: Çin medal sıralamasında liderliyini möhkəmləndirib

İyl31,2021

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

QİA.AZ-ın məlumatına görə, daha 21 dəst medala oxatma, atletika, badminton, boks, qılıncoynatma, cüdo, reqbi, yelkənli qayıqsürmə, atıcılıq, üzgüçülük, tennis, triatlon, ağırlıqqaldırma və gimnastikanın tamblinq növündə sahiblərini tapıb. Beləliklə, 133 dəst medala 74 ölkənin idmançıları yiyələnib.

Ötən gün ilk medalını qazanan Azərbaycan 68-ci pillədə qərarlaşıb.

Çin 45 (21 qızıl, 13 gümüş, 12 bürünc) medalla keyfiyyətcə birinci pillədəki mövqeyini qoruyub.

30 (17 qızıl, 5 gümüş, 8 bürünc) medal qazanan Yaponiya 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 16 “qızıl”, 17 “gümüş” və 13 “bürünc”lə ABŞ tutur.

Aktivində 1 qızıl və 2 bürünc medal olan Türkiyə siyahıda 35-cidir.

Oxşar Xəbərlər