Hadisə

Tovuzda mikroavtobusla minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Movavi

Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, Bakı-Qazax magistralının Tovuz rayon ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusla “VAZ-2107” markalı avtomobil toqquşub.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Namiq Məmmədov ölüb, daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button