Texnologiya

“Toyota” mənfəət proqnozunu artırıb

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti bu il martın 31-də başa çatacaq cari maliyyə ili üçün xalis mənfəət proqnozunu 33,8% artıraraq 1,9 trilyon yenə (18,2 milyard ABŞ dolları) çatdırıb.

“QİA.AZ” bu barədə xarici mətbuata istinadən xəbər verib.

Bununla belə, yenilənmiş proqnoz reallaşsa, bu, əvvəlki maliyyə ilinin xalis mənfəəti ilə müqayisədə 6,7% az olacaq.

“Toyota”nın əməliyyat mənfəətinin illik müqayisədə 16,6% azalaraq 2 trilyon yenə (19,1 milyard ABŞ dolları), satışdan gəlirinin isə 11,3% azalaraq 26,5 trilyon yenə (253,3 milyard ABŞ dolları) düşəcəyi proqnozlaşdırılır. Baxmayaraq ki, avtomobil nəhəngi qlobal səviyyədə nəqliyyat vasitələrinin satış hədəfini də 3,3% artırıb və 9,73 milyon ədədə çatdırıb.

Xatırladaq ki, “Toyota” ötən ilin aprel-dekabr aylarında 7,21 milyon ədəd avtomobil satıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 11,4% azdır. 9 ayda şirkətin xalis mənfəəti 14,1% azalaraq 1,47 trilyon yen (14 milyard ABŞ dolları), əməliyyat mənfəəti isə 26,1% azalaraq 1,51 trilyon yenə (14,43 milyard dollar) düşüb.

Əlaqəli xəbər

Back to top button