Gündəm

“Türk hava yolları” Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır

“Türk hava yolları” aviaşirkəti Gəncə şəhərinə uçuşları bərpa etməyi planlaşdırır.

QİA.AZ-ın məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir:

“Bu amilləri nəzərə alaraq biz Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırırıq”.

Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur.

Əlaqəli xəbər

Back to top button