Cəmiyyət

Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq – Hulusi Akar

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da haqlı mübarizəsində Azərbaycanın yanında olacaq.

QİA.AZ-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Azərbaycan Səfirliyinin Ankarada təşkil keçirdiyi 8 noyabr – Zəfər günü ilə bağlı tədbirdə çıxışı zamanı deyib.H.Akar bildirib: “Bu günə qədər olduğu kimi bundan sonra da haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Biz bunu bütün platformalarda, apardığımız bütün danışıqlarda dəfələrlə bəyan etmişik və etməyədə davam edəcəyik”.Nazir xatırladıb ki, 30 il əvvəl Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bunun nəticəsində 1 milyon insan böyük əziyyətlər çəkib:”Qardaşlarımız, günahsız insanlar Ermənistan tərəfindən, xüsusən də Xocalıda qətlə yetirilib. Bütün bunlar baş verən zaman ATƏT-in Minsk qrupu “bu problemlərin danışıqlar yolu ilə həll olunacağını” bəyan etdi. 30 il keçdi. Amma təəssüf ki, heç bir tədbirin görülmədiyini, irəliləyişin olmadığını gördük. Nəticədə azərbaycanlı qardaşlarımız “bəsdir” deyərək 44 gündə böyük Qələbə qazanaraq öz torpaqlarını Ermənistanın işğalından azad etdilər. Bunun sonunda nə oldu? Bunun sonunda türkün gücünü bütün dünyaya nümayiş etdirdilər. Hamı gördü ki, Azərbaycan kimdir, türk kimdir”.

Əlaqəli xəbər

Back to top button