Türkiyə mediası Hərbi Qənimətlər Parkının açılışını geniş işıqlandırıb -FOTO

Apr 13, 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etməsi və təltif olunmuş hərbçilər qarşısındakı çıxışı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

QİA.AZ xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Global” telekanalları, “Sabah”, “Takvim”, “Yeni şafak” və digər qəzetlər türk ictimaiyyətinə Park barədə müfəssəl məlumat təqdim ediblər.

İnformasiyalarda diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İsgəndər M” raketinin qalıqları da var.

Anadolu agentliyi “Azərbaycan Prezidenti Əliyev Ermənistanın müharibədə “İsgəndər M” raketindən istifadə etdiyini açıqladı” sərlövhəli xəbəri bir neçə dildə yayıb. İnformasiyada dövlət başçımızın mövzu ilə bağlı çıxışından mühüm məqamlar əksini tapıb.

Oxşar Xəbərlər