FutbolGündəm

Türkiyə millisinin futbolçuları Bakıda bir-biri ilə yarışıb

Movavi

Avropa çempionatının A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl növbəti məşqinə çıxıb.

“QİA.az”ın məlumatına görə, “Bakcell Arena”da gerçəkləşən hazırlıq prosesində yığmanın iki futbolçusu bir-biri ilə yarışıb.

Yusuf Yazıcı və İrfan Can Kahveci çərçivəyə dəqiqə zərbə endirməyə çalışıblar. “Lill” klubu ilə Fransa çempionu olan Yazıcı komanda yoldaşından daha dəqiq oynayıb.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button