Region

Türkiyə ordusu PKK-ya qarşı yeni antiterror əməliyyatına başlayıb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Gara bölgəsində PKK terrorçularının hədəflərinin məhv edilməsi üçün antiterror əməliyyatı keçirir.

“QİA.AZ” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

“Pence Kartal-2 Harekatı” adlı əməliyyat fevralın 10-da başlayıb.

Məlumata görə, İraqın şimalında terrorçuların yeni sığınacaq yerləri yaratdıqları təsbit olunub. PKK terrorçuları İraqın şimalından Türkiyənin dinc əhalisinin təhlükəsizliyini təhdid edir. Əməliyyatın məqsədi onların təhdidlərinin qarşını almaqdır.

Əməliyyat davam edir.

Əlaqəli xəbər

Back to top button