GündəmXARİCİ SİYASƏT

Türkiyə səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub

Movavi

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov qardaş Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Daimi nümayəndəlikdən QİA.AZ-a bildiriblər ki, görüşdə iki ölkə arasında, eləcə də, Naxçıvan Muxtar Respublikası ilə yüksək səviyyəli dostluq və qardaşlıq münasibətləri, bir çox sahədə, xüsusilə, elm, təhsil, mədəniyyət sahələrində işbirliyinin, əməkdaşlığın genişləndirilməsi, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, yeni iqtisadi layihələr, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda səmimi söhbət aparılıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button