Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi Düşənbədə görüşüblər.
QİA.AZ-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri “Twitter”də bildirib.
Görüşdə Pakistan və Türkiyə arasında qarşılıqlı münasibətlər, habelə Əfaqnıstanda sülh prosesi ilə bağlı son vəziyyət müzakirə olunub.