Regionlar

Türkiyədə daha bir nəfər dağıntılar altından xilas edilib

728x90

Türkiyənin İzmir şəhərində bir neçə gün əvvəl baş vermiş zəlzələnin dağıntıları arasından daha bir nəfər xilas edilib.

“QİA.AZ” xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Fəsadlarının Aradan Qaldırılması İdarəsinin rəhbəri Mehmet Güllüoğlu özünün “Twitter”dəki səhifəsində yazıb.

“Allahıma minlərlə dəfə şükürlər olsun. Daha bir nəfəri (dağıntılar altından-red) canlı çıxarırıq inşallah”, – deyə o “Twitter”də qeyd edib.

728x90

Əlaqəli xəbər

Back to top button