Dünya

Türkiyədə komendant saatının müddəti azaldılıb

Movavi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin bir hissəsinin ləğv edildiyini elan edib.

QİA.AZ-ın məlumatına görə, iyun ayı ərzində komendant saatı bazar ertəsindən şənbə gününə kimi saat 22:00-dan 05:00-dək, həmçinin bazar günü bütün gün ərzində qüvvədə olacaq.

Bundan əlavə, ölkədə iyunun 1-dən etibarən kafe və restoranlar, bütün lazımi tədbirlərə riayət edərək yerində xidmət göstərə biləcəklər.

Qeyd edək ki, daha əvvəl komendant saatı bazar ertəsindən cümə gününə kimi 21:00-dan 05:00-dək, həmçinin şənbə və bazar günləri bütün gün ərzində davam edirdi.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button