Regionlar

Türkiyənin Hatay əyalətində terrorçular zərərsizləşdirilib

728x90

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunu zərərsizləşdirib.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

“İskəndərunda iki terrorçu zərərsizləşdirilub, – nazir bildirib.

Daha əvvəl əyalətin qubernatoru Rahmi Doğan terrorçulardan birinin saxlanılması əməliyyatı zamanı partlayışın baş verdiyini bildirmişdi. O, terrorçunun zərərsizləşdirildiyini, əməliyyat zamanı insan itkisinin olmadığını qeyd etmişdi.23:00

Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində terrorçunun zərərsizləşdirilməsi zamanı partlayış olub.

“QİA.AZ” xəbər verir ki, bu barədə əyalətin qubernatoru Rəhmi Doğan billdirib.

O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur.

“İki terrorçunun izlənilməsi zamanı İskəndırunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir”, – o bildirib.

“Habertürk” isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.22:34

Türkiyədə partlayış olub.

Bu barədə “QİA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, partlayış Hatayda, İskəndərun ərazisində qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.

Ərazi mühasirəyə alınıb.

Hadisənin təfərrüatı açıqlanmır.

728x90

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button