Şou-BiznesGündəm

Türkiyənin tanınmış rejissoru və aktyoru vəfat edib

Movavi

Türkiyənin tanınmış rejissoru, ssenaristi və aktyoru Kartal Tibet 83 yaşında vəfat edib.

QİA.AZ TRT-ə istinadən xəbər verir ki, bu barədə aktrisa Civan Canova instaqram səhifəsində yazıb.

“Gülə-gülə Kartal ağabəyim, səndən ötür çox darıxacağam”, – qeydi ilə o, tanınmış sənətkarın vəfatı xəbərini paylaşıb.

Kartal Tibet 1938-ci ildə Ankarada anadan olub.

O, ilk dəfə “Tosun paşa” filminə rejissorluq edib. Kamal Sunalın oynadığı 20 filmin, rejissoru olub. Tibet bir sıra komediya və tarixi filmlərdə baş rolu oynayıb. Ümumilikdə isə 56 filmin rejissoru olub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button