İdman

UEFA Çempionlar Liqası matçını Polşada keçirəcək

Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın “Atletiko” və İngiltərənin “Çelsi” komandaları arasındakı cavab matçının da yerini dəyişdirilib.

“QİA.AZ” “beIN Sports”a istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Londonda yox, Polşanın paytaxtı Varşavada olacaq.

Buna səbəb koronavirusa görə, tətbiq edilən məhdudiyyətlərdir. Görüş martın 17-də gerçəkləşəcək.

Qeyd edək ki, UEFA daha əvvəl komandalar arasında fevralın 23-dəki ilk görüşü Madriddən Rumıniyanın paytaxtı Buxarestə salıb.

Əlaqəli xəbər

Back to top button