İdman

UEFA-nın baş katibi: “3 klub Çempionlar Liqasından kənarlaşdırıla bilər”

Movavi

Avropa Super Liqasının qurucuları hesab edilən İspaniyanın “Barselona”, “Real Madrid” və İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

“QİA.az” xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis “Marca”ya açıqlamasında məlumat verib.

56 yaşlı funksioner bildirib ki, onlar qaydalara əməl etmirsə, yarışdan qovulmaları mümkündür: “Hər şey klublardan asılıdır. Bütün digər klublar qaydalara əməl edib. Cəza UEFA prezidentinin və ya qurumun İcraiyyə Komitəsinin şəxsri qərarı olmayacaq. İcraiyyə Komitəsi və UEFA rəhbərliyi məhkəmə sisteminin işinə təsir göstərə bilməz”.

Teodoridis həmin klubların dünyanın ən yaxşılarından biri olduğunu söyləyib: “UEFA üçün bütün klublar bərabərdir və hamını eyni müdafiə edirik. Klublar qaydaları pozursa, müstəqil qurumlar tərəfindən müəyyənləşdiriləcək nəticələrlə üzləşməlidir. İntizam orqanlarının qərarı ilə razılaşmasalar, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilərlər. Onların belə hüququ var”.

Qeyd edək ki, daha əvvəl Superliqada iştiraklarını İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Real Madrid”, “Barselona” və “Atletiko”, İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina ediblər. Hazırda yalnız “Barselona”, “Real Madrid” və “Yuventus” Superliqada qaldıqlarını açıqlayıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button