Futbol

Ukrayna millisinin futbolçusu AVRO-2020-dən əvvəl huşunu itirib

Movavi

Ukrayna millisinin futbolçusu Eduard Sobol Avropa çempionatı başlamazdan əvvəl səhhəti ilə bağlı ciddi problem yaşayıb.

“QİA.az” xəbər verir ki, bu barədə ukraynalı jurnaslit və şərhçi İqor Tsıqanık məlumat verib.

O, 26 yaşlı yarımmüdafiəçinin özünü pis hiss etdiyini söyləyib: “Eduard Sobol bir neçə dəfə huşunu itirdi. Əlavə tibbi müayinədən keçdi. Artıq görünən odur ki, hər şey qaydasındadır. Sobolun bu gün İsveçlə matçda meydanda ola biləcəyini istisna etmirəm. Çünki o, bütün sol cinahı əhatə edən və çalışqan futbolçudur.

Qeyd edək ki, Ukrayna bu gün AVRO-2020-nin 1/8 finalında İsveçlə üz-üzə gələcək. Şotlandiyanın Qlazqo şəhərindəki “Hempden Park” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button