Siyasət

Ukrayna və Moldovanın tanınmış KİV-ləri və siyasi xadimləri azərbaycanlı jurnalistlərin həlak olmasından yazdı

Movavi

Dünyanın bir sıra media orqanlarında olduğu kimi, Ukrayna və Moldova mediasında da Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları ilə bağlı xəbərlər işıqlandırılıb, yazılar dərc olunub.

Ukraynanın “Ukrinform”“RBK-Ukraina”“24tv.ua”“gordonua.com”“correspondent.net”“podrobnosti.ua”“world.segodnya.ua”“ukranews.com“, Moldovanın isə “noi.md”“dosug.md” kimi media orqanlarında həlak olan azərbaycanlı jurnalistlər, hadisə barədə ətraflı məlumat verilir. Eyni zamanda Ermənistanın mina xəritələrini verməməsin ağır nəticələrə səbəb olmasına xüsusi yer verilir.

Moldovanın eyni zamanda parlamentinin Milli təhlükəsizlik və müdafiə komissiyasının rəhbəri Serqey Sırbu hadisə ilə bağlı bəyanat yayıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button