Digər ölkələr

UNICEF Əfqanıstanda erkən nikahların sayının artmasından narahatdır

“BMT-nin Uşaq Fondu (UNICEF) Əfqanıstanda erkən nikahların sayının artmasından narahatdır”.

QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu təşkilatın icraçı direktoru Henrietta Forü bildirib.

“Əfqanıstanda erkən nikahların sayının artması ilə bağlı xəbərlərdən dərin narahatam. Biz ailələrin cehiz müqabilində 20 günlük qız övladlarını gələcək evlilikləri üçün təklif edilməsi barədə etibarlı xəbərlər almışıq”, – o deyib.

UNICEF-dən vurğulanıb ki, erkən nikahlar psixoloji problemlərə, məişət zorakılığına yol aça bilər.

Təşkilatın hesablamalarına görə, 15-49 yaş arasındakı əfqan qadınlarının 28%-i 18 yaşından əvvəl evlənib.

Əlaqəli xəbər

Back to top button