Səhiyyə

ÜST koronavirusun yeni ştammlarının adlarını dəyişdirib

Movavi

SARS-CoV-2 koronavirusunun yeni ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılacaq.

“QİA.az” “Euronews”a istinadən məlumat verir ki, bu qərar bütün dünyadan olan mütəxəssislərlə məsləhətləşmələrdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilib.

Hazırda koronavirusun yeni variantları ilk dəfə aşkar olunduqları və yayıldıqları ölkələr üzrə coğrafi adlar daşıyır. ÜST bunu ləkələyici və ayrı-seçkilik yaradan sistem hesab edir. Belə ki, bu cür adlandırma əsassız mənfi təsəvvürlər yarada bilər. Məhz bu səbəbdən SARS-CoV-2 koronavirusu daha “Çin koronavirusu” adlandırılmır.

Beləliklə, bundan sonra “Britaniya” ştammı “Alfa”, Cənubi Afrika ştammı “Beta”, Braziliya ştammı Qamma”, Hindistan ştammı “Delta” adlandırılacaq.

ÜST hesab edir ki, bu cür adlandırma yadda saxlama və səsləndirmə baxımından aydın, dəqiq və asandır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button