Gündəm

ÜST rəhbəri: “Dünya koronavirus pandemiyasının yeni dalğasının başlanğıcındadır”

Movavi

“Dünya koronavirus pandemiyasının yeni dalğasının başlanğıc mərhələsindədir”.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus deyib.

“İndi üçüncü dalğanın başlanğıc mərhələsindəyik”, – o, ÜST-nin COVID-19 ilə bağlı Fövqəladə Hallar Komitəsinin Cenevrədə keçirilən iclasında deyib.

T.Gebreyesus keçən həftə dünyada yoluxma hallarının, eləcə də koronavirus infeksiyasının nəticələrindən ölüm hallarının sayındakı artımı vurğulayıb.

“Delta” variantı yoluxma sayındakı artıma təsir edən əsas məqamlardan biridir. Buna da artan sosial təmaslar və mobillik, eləcə də səhiyyə sahəsində sınaqdan keçirilmiş və sosial tədbirlərə davamlı riayət olunmaması təsir edir”, – Baş direktor deyib.

Onun sözlərinə görə, “Delta” variantı hazırda dünyanın 110-dən çox ölkəsində mövcuddur və artıq yaxın zamanda dünyada dominantlıq edəcək ştamma çevriləcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button