ÜST: “Virusdan ölənlərin sayı rəsmi statistikadan 2-3 dəfə çox ola bilər”

May22,2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə bağlı vəfat edənlərin sayı indiyədək təsdiqlənən rəsmi statistikadan iki-üç dəfə çox ola biləcəyini bəyan edib.

Bu barədə QİA.AZ“Reuters” agentliyinə istinadən xəbər verir.

Təşkilatın illik hesabatına görə, 2020-ci ildə pandemiya səbəbindən ölənlərin ümumi sayı ən azı 3 milyon nəfərə çatıb. Bu da rəsmi rəqəmlərdən 1,2 milyon nəfər çoxdur.

ÜST-nin baş direktorunun məlumat, analitika və nəticələrin qiymətləndirilməsi üzrə köməkçisi Samirə Asma ölü sayının rəsmi rəqəmlərdən çox olma ehtimalını təsdiq edib.

O, bildirib ki, pandemiyadan ən çox ölüm halları Latın Amerikası ölkələrində və Asiyada qeydə alınıb: “Rəsmi təsdiqlənən statistikada 3,4 milyon ölüm halı olsa da, pandemiya dövründə indiyədək ölənlərin sayının 6-8 milyon arasında olması mümkündür”.

Oxşar Xəbərlər