Gündəm

Vətən Müharibəsi qazisinin problemi həll olunub

Movavi

Azərbaycan Ordusunda şərəfli xidmət göstərərək, Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri də kiçik çavuş Yaqub Qəhrəmanlıdır. O, “N” saylı hərbi hissənin minaatan batereyasında sanitar təlimatçısı, tibb xidməti çavuşu kimi xidmət edib. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. Kiçik çavuş Qəhrəmanlı döyüşdən yaralı əsgəri çıxararkən mərmi partlayışı zamanı yaralanıb. Yaqub Qəhrəmanlı “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

“Azəriqaz” İstehsalat Birliyindən “QİA.az”a verilən məlumata görə, qazi bu günlərdə fərdi yaşayış evinin həyətinin giriş hissəsində qapı keçidinin qurulması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən müraciət edib. Şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi diqqət ayıran Birlik tərəfindən qısa bir müddət ərzində onun müraciəti də təmin olunub.

Qeyd edək ki, feysbuk sosial şəbəkəsi vasitəsilə həm Birliyin səhifəsinə, həm də baş direktor Ruslan Əliyevin səhifəsinə çoxsaylı müraciətlər daxil olur. Onlar sistemləşdirilir, araşdırılır və ilk növbədə qazi, şəhid, aztəminatlı ailələrin qaz təchizatı məsələləri icra üçün müvafiq strukturlara yönəldilir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button