Cəmiyyət

Xətai rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verildi

Movavi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun Məzahir Rüstəmov küçəsində yerləşən 7 və 15 saylı binaların həyətində sakinlərin asudə vaxtının və istirahətinin təşkili üçün abad həyət sakinlərin istifadəsinə verilib.

Bu barədə QİA.AZ -a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, görülmüş işlər çərçivəsində həyət yöndəmsiz tikililərdən, qeyri- qanuni hasarlardan təmizlənmiş, bütün yaş qruplarında olan sakinlərin istirahəti üçün tam şərait yaradılıb.

Belə ki, həyətdə günlüklər, uşaq və gənclər üçün əyləncə və idman qurğuları quraşdırılmış, mini stadion tikilmiş, oturacaqlar, işıqlandırma sistemləri quraşdırılmışdır. Ağaclara, dekorativ gül kollarına və yaşıllıq zolaqlarına aqrotexniki xidmətin təmin edilməsi üçün su xətləri çəkilib. Binaların fasadlar, giriş qapıları və pilləkən qəfəsləri, dam örtüyü və s. əsaslı şəkildə təmir edilib.

Hazırda blokların istismar müddəti başa çatmış liftləri müasir alman liftləri ilə əvəz edilir. Bu Məzahir Rüstəmov küçəsində sakinlərin istifadəsinə verilmiş beşinci abad həyətdir.

Abadlıq–quruculuq işləri rayonun G.Şıxlinski, M.Hadi, N.Tusi və P.Həşimov küçələrində davam etdirilir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button