Hadisə

Xaçmazda taxıl sahələrində başlayan yanğının meşə ərazisinə keçmə təhlükəsi yaranıb – FHN

Movavi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən QİA.AZ-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Nabran və Niyazoba qəsəbələri yaxınlığındakı quru ot, kol-kol və biçilmiş taxıl sahələrində yanğın davam edir. Yanğının meşə ərazisinə keçmə təhlükəsi yaranıb.

Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işləri davam etdirilir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button