DünyaErməni VandalizmiGündəm

Xocalı soyqırımı Peru mətbuatında işıqlandırılıb

Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” və “Prensa 21” qəzetlərində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Faciəvi gecədən 29 il sonra: Xocalı soyqırımı – Azərbaycan xalqına qarşı cinayət” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “QİA.AZ”a verilən məlumata görə, məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verən səfir, bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızın yaralandığı və itkin düşdüyünü bildirib və bu qətliamın bir sıra aparıcı beynəlxalq media qurumları tərəfindən əyani sübutlarla işıqlandırıldığını qeyd edib.   

Ermənistan tərəfinin Xocalını işğal etməkdə məqsədinin həyata keçirdiyi təcavüz prosesinin gedişində strateji üstünlük əldə etmək və növbəti işğallar üçün yeni imkanlar yaratmaq olduğun deyən səfir, təcavüzkar dövlətin 1994-cü ilə qədər Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, Xocalı soyqırımının da bu prosesdəki ən qanlı qətliam olaraq tarixə düşdüyünü bildirib. Eyni zamanda, Xocalıda dinc əhaliyə qarşı misilsiz amansızlıq törədilməsinin Azərbaycan xalqında qorxu yaratmaq məqsədi güddüyünü söyləyib və bu xüsusda, Ermənistanın keçmiş prezidenti, soyqırımının başlıca təşkilatçılarından olan Serj Sarkisyanın erməni tərəfinin Xocalıdakı cinayətlərinə dair etiraflarını xatırladıb.  

İşğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsini tələb edən BMT qətnamələrinə 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən məhəl qoyulmaması və ATƏT çərçivəsində aparılan danışıqların Ermənistanın destruktiv mövqeyi səbəbindən nəticəsiz qalmasından sonra yenə də məhz Ermənistanın növbəti təxribatı səbəbindən meydana gəlmiş 44 günlük müharibə nəticəsində Azərbaycanın işğalda olan ərazilərini azad etməyə nail olduğunu bildirib. Qeyd edib ki, Ermənistan rəhbərliyinin qeyri-humanist xisləti və dövlət səviyyəsində terror siyasəti növbəti dəfə özünü göstərmiş, sözügedən müharibə ərzində Ermənistan silahlı qüvvələri yenə mülki insanları hədəf almış, münaqişə bölgəsindən kənarda yerləşən şəhərlərimizə endirdiyi ballistik raket zərbələri nəticəsində yüzlərlə dinc sakinimiz həlak olmuş və yaralanmışdır. Erməni vandalizminin azad olunmuş ərazilərimzdə də müşahidə olunduğunu deyən səfir, şəhər və qəsəblərimizdəki mülki infrastruktur və Azərbaycana aid tarixi-mədəni irsin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini diqqətə çatdırıb.  

Qeyd olunanların fonunda regionda barışığın müşkül olmasına baxmyaraq, ərazisində 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların və fərqli dini etiqadların birlikdə sülh içində yaşadığı və bütün dünyada çoxmədəniyyətlilik ənənələri ilə tanınan Azərbaycanın sülh, dialoq və əməkdaşlıq xəttinə sadiq qaldığını, regionda tərəqqinin yeganə yolunun davamlı sülh olduğunu və bunun üçün Ermənistanın qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətindən əl çəkməli olduğunu qeyd edib. 

https://larazon.pe/a-29-anos-de-la-tragica-noche-genocidio-de-joyali-crimen-contra-el-pueblo-azerbaiyano/

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button