AzərbaycanƏrazi

Xocavənd rayonu

Movavi

Xocavənd rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocavənd şəhəridir.

Rayon mərkəzi 2 oktyabr 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinın tərəfindən işğal edilmişdir.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi, 15-də Edişə, Düdükçü, Çiraquz, 16-da Xırmancıq, Ağbulaq (Edilli), Axullu, 20-də Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, 23-də Dolanar, Bünyadlı, 9-da Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri işğaldan azad edilmişdir.

Tarixi

Xocavənd adlı yaşayayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisi köçəri Azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb. Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur.

26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.

1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 10 noyabr 2020-ci ilə qədər Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğal azad edilmişdir.

Kənd adıİşğal tarixi-İşğaldan azad olunma tarixi
Tuğ30.10.1991- 9.11.2020
Salakətin30.10.1991-9.11.2020
Xocavənd19.11.1991 – 10.11.2020
Axullu09.01.1992 – 20.10.2020
Qaradağlı17.02.1992-10.11.2020
Muğanlı02.10.1992-10.11.2020
Əmiralılar02.10.1992-10.11.2020
Kuropatkino02.10.1992-10.11.2020
Günəşli23.07.1993-10.11.2020
Xətai20.08.1993-10.11.2020

4 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xocavənd Rayon Prokurorluğu yaradılmışdır.

Ermənistan tərəfindən işğalın nəticələri

Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.Bunu eliyən isə Erməni separatçılarıdır

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24–25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Azərbaycan Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.

Coğrafi mövqeyi

Rayon ərazisi Qarabağ silsiləsində yerləşir. Şuşa rayonu ilə sərhəddə Böyük –Kirs (2725 m) zirvəsi yüksəlir, şərqdə maili düzənliklər üstünlük təşkil edir. Yura, tabaşir, Neogen çöküntüləri yayılır.

İqlimi

İnzibati rayonda qışı quraq keçən mülayim-isti iqlim tipi yaranır və şərqdə yayı quraq keçən mülayim- isti iqlim tipi ilə əvəz olunur.Yanvarın orta temperaturu — 2 °C –dən — 5 °C–yə qədər, iyul da isə 20 °C –dən 24 °C –yə qədərdir. Yağıntıların orta illik miqdarı 400–800 mm-dir.

Daxili sular

Rayonun çaylarıdan Köndələn, İşğan, Qozlu, Quru çayları Araz hövzəsinə aiddir, Həkəri çayının bəzi qolları burdan başlayır.

Landşaft

Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.

Flora

Bitki örtüyündə kolluqlar və enliyarpaq meşələr üstünlük təşkil edir.

Faydalı qazıntılar

üzlük daşı, tikinti daşı.

Qəsəbələr / Kəndlər

Rayon 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Əmiranlar, Muğanlı, Kuropatkino, Haxulu, Salakətin, Günəşli, Xətai, məşhur Tuğ kəndi və s.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

İllər Cəmi əhalinin sayi, min nəfər o cümlədən:Bütün əhaliyə nisbətən, faizlə
 şəhər yerləri  kənd yerləri şəhər yerlərikənd yerləri
 2000 8 032.84 116.43 916.451.248.8
20018 114.34 167.23 947.151.448.6
20028 191.34 219.73 971.651.548.5
20038 269.14 273.73 995.451.748.3
20048 349.04 403.63 945.452.747.3
20058 447.34 477.63 969.753.047.0
20068 553.04 565.73 987.353.446.6
20078 665.94 636.64 029.353.546.5
20088 779.84 733.64 046.253.946.1
20098 896.94 818.34 078.654.245.8
20108 997.44 866.64 130.854.145.9
20119 111.14 829.54 281.653.047.0

Doğum, ölüm və təbii artım’

İllərNəfərəhalinin hər 1000 nəfərinə
 Doğulanlar  Ölənlər  Təbii artım  Doğulanlar  Ölənlər  Təbii artım 
 2000 116 99446 7017029314.85.98.9
2001110 35645 2846507213.85.78.1
2002110 71546 5226419313.85.88.0
2003113 46749 0016446614.06.08.0
2004131 60949 5688204116.16.110.0
2005141 90151 9628993917.26.310.9
2006148 94652 2489669817.86.211.6
2007151 96353 6559830818.06.311.7
2008152 08652 7109937617.86.211.6
2009152 13952 5149962517.25.911.3
2010165 64353 580112 06318.56.012.5
ərazi
cəmikişiqadın
nəfərfaiznəfərfaiznəfərfaiz
Xocavənd rayonu41468100,016904100,024564100,0
Şəhər əhalisi1516136,56577834.18938338.20
Kənd əhalisi2630763,441112665.821518161.80

Tarixi abidələr

Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində “Qırmızı kitab”a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid “Alban” kilsəsi”, Tuğ kəndi ərazisində XII–XVII əsrlərə aid “Alban” kilsələri, I–V əsrlərə aid “Alban” qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən “Dəmrov” ocağı, “Dağdağan” ocağı, Xocavənd kəndi ərazisində yerləşən “Cicim” ocağı, Qaradağlı kəndi ərazisində qədim “Alban” qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən “Bəhmənli” piri, Muğanlı kəndində yerləşən “Seyid Rza” kumbəzi, Qaradağlı kəndi ərazisində “Yel” piri erməni işğalcıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.

İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

  • Ktişvəng monastırı — Tuğ kəndi
  • Ktiş qalası — Tuğ kəndi
  • Müqəddəs Stefan kilsəsi — Tuğ kəndi
  • Müqəddəs Məryəm kilsəsi — Tuğ kəndi
  • Müqəddəs İohann kilsəsi — Tuğ kəndi
  • Dizaq məliklərinin sarayı — Tuğ kəndi
  • Yeddi qapı monastırı — Susanlıq kəndi
  • Xutudrə monastırı — Binə kəndi
  • Qırmızı kilsə — Binə kəndi
  • Müqəddəs İohann monastırı — Böyük Tağlar kəndi
  • Tağlar mağarası — Böyük Tağlar kəndi
  • Azıx mağarası — Azıx kəndi
  • Müqəddəs Məryəm kilsəsi — Zoğalbulaq kəndi
  • Küratağ qalası — Düdükçü kəndi
  • Müqəddəs Tanrı anası kilsəsi — Zakirli kəndi
  • Katarovəng monastırı — Ziyarət dağının zirvəsi, Çaylaqqala kəndi
  • Müqəddəs Məryəm kilsəsi — Ərəkül kəndi
  • Ağ xaç kilsəsi — Vəng kəndi
  • Müqəddəs Tanrı anası kilsəsi — Tağaser kəndi
  • Müqəddəs Məryəm kilsəsi — Tağaser kəndi
  • Amaras monastırı — Sos kəndi
  • Müqəddəs Qriqoris kilsəsi — Zavadıq kəndi
  • Mavas monastırı — Kavahın kəndi
  • Müqəddəs Yelisey monastırı — Çartar kəndi
  • Müqəddəs tərcüməçilər kilsəsi — Qağartsi kəndi
  • Bri kilsəsi — Çörəkli kəndi
  • Müqəddəs Tanrı anası kilsəsi — Çörəkli kəndi

İqtisadi xarakteristikası

Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məş­hur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit­kiləri yetişdirilir. Ra­­yon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

Görkəmli şəxslər

  • Əcəb Hacıyeva Məhərrəm qızı – Sosialist Əməyi Qəhrəmanı, Əmək veteranı.
  • Zülqədər Cahangirov Məhəmməd oğlu – iqtisad elmləri doktoru, professor.
  • Cahangirov Niyaz Məhəmməd oğlu — ictimai siyasi xadim .
  • Həsənov Əli Pənah oğlu – iqtisad elmləri doktoru, professor.
  • Cavad bəy Rza bəy oglu Məlikyeqanov – Lənkəran şəhərinin general-qubernatoru olmuşdur. Azərbaycan xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı. Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmışdı. Dizaq mahalı məlikləri Məlikyeqanovların nəslindəndir.
  • Xudadat bəy Aga bəy oglu Məlikaslanov – Azərbaycan Demokratik Cümhuriyyətinin Dəmir Yolları naziri, texnika elmləri doktoru, professor.
  • Mir Mehdi Xəzani – məşhur “Qarabağnamə”lərdən birinin müəllifi, tarixçi, şair.
  • Hüseynov İbad Mövsüm oğlu – Azərbaycan Milli Qəhrəmanı, müharibə veteranı.
  • Roza Kazımova Mənsur qızı – III dərəcəli Əmək Şöhrəti ordenli, əmək veteranı.
  • Fehruz Hüseynov Mahmud oğlu – Qırmızı Əmək Bayrağı ordenli.
40°01′51″ şm. e. 47°25′20″ ş. u.
Ölkə Azərbaycan
İnzibati mərkəzXocavənd
Tarixi və coğrafiyası
Yaradılıb26 noyabr 1991
Sahəsi1 458 km²
Hündürlük575 m
Əhalisi
Əhalisi43 871 (2019)nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-XVD
Telefon kodu994 26
Poçt indeksiAZ 2801
Avtomobil nömrəsi28
Hire Freelancers

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button