Dünya

Yaponiyada hərbi təyyarə bazasına ayı girib

Movavi

Yaponiyanın Sapporo şəhərində yeləşən Özünümüdafiə Hava Qüvvələrinin təyyarə bazasının ərazisinə ayı girib.

“QİA.az” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.

Qeyd edilir ki, heyvan bundan sonra təyyarə bazasının hərbi qulluqçularından birinə hücum edib. NHK telekanalının məlumatına görə, yırtıcı daha əvvəl 80 yaşlı kişiyə və 70 yaşlı qadına, eyni zamanda 40 yaşlı kişiyə hücum edərək, xəsarət yetirib. Onlar xəstəxanaya çatdırılıblar.

Yaponiya hakimiyyəti 2020-ci maliyyə ilində (1 aprel 2020-ci il – 31 mart 2021-ci il) ölkə sakinlərinə ayıların 158 hücumunu qeydə alıb. Bu, “gündoğar ölkə” üçün rekord olub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button