Yardımlıda “Əsgərlər unudulanda ölürlər“ filminin nümayişi keçirilib

Noy 17, 2021

“Yardımlı Xeyriyyə Cəmiyyəti”  noyabrın 14-ü saat 12:00-da Yardımlı rayon Mərkəzi  Mədəniyyət Evində tanınmış jurnalist-publisist Arif Əliyevin ssenari müəllifi olduğu,  rəhmətlik Rövşən Almuradlının  ərsəyə gətirdiyi “Əsgərlər unudulanda ölürlər“ filminin  nümayişi  keçirilib. Tədbirdə Yardımlı rayonunun tanınmış  İctimai xadimləri, şair və yazıçıları, müəllimlər və KIV nüməyəndələri iştirak ediblər.

Həmin gün tanınmış jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Zerkola” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Altun kitab” nəşriyyatının direktoru, 1-7-ci sinif Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov  və Bakı Mətbuat klubunun direktoru Arif Əliyev  Yardımlı ictimaiyyətinin qonağı olublar. Film nümayişindən sonra qonaqlar tədbir iştirakçılarının sualları cavablandırıblar.

Qeyd edək ki, “Əsgərlər unudulanda ölürlər” filmində 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısina birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350  nəfər igid  əsgərinin  taleyindən bəhs edilir. Yalama döyüşü zamanı igid əsgərlərimiz iki saat duruş gətirmiş və son nəfəslərinə qədər mövqeyindən çəkilməmişdir.

Oxşar Xəbərlər