Hadisə

Yardımlıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb 

Movavi

Polis əməkdaşları narkotik vasitə və soyuq silah ələ keçirib.

Daxili İşlər Nazirliyindən “QİA.az”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin və Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yardımlı rayon Şıxlar kənd sakini Rövşən Zaidov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 22.206 qram narkotik vasitə olan, tiryək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zaidovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən 4 ədəd bağlamada, ümumi çəkisi 9 kq 40 qram, narkotik vasitə olan, tiryək aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertiziyaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Yardımlıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb 
Yardımlıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb 
Hire Freelancers

Əlaqəli xəbər

Back to top button