Region

YUNESKO Batumini “Yaradıcı şəhərlər şəbəkəsi”nə əlavə edir

Movavi

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə əlavə olunacaq.

“QİA.az”ın məlumatına görə, bu barədə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze məlumat verib.

O, Fransanın paytaxtı Parisdə beynəlxalq təşkilatla bununla bağlı aparılan danışıqların uğurla başa çatdığını bildirib: “Batumi Avropanın digər görkəmli şəhərləri ilə birgə yaradıcı şəhərlər siyahısına daxil ediləcək. Bu, Gürcüstanın dünya mədəniyyət və turizm xəritəsində mövqeyinin gücləndirilməsi deməkdir”.

Qeyd edək ki, “Yaradıcı şəhərlər şəbəkəsi” 2004-cü ildə təsis edilib. Hazırda şəbəkəyə 246 şəhər daxildir. 2017-ci ildən siyahıda Azərbaycanın Şəki şəhəri də yer alıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button