İdman

Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək

Movavi

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç Avropa çempionatında iştirak edə bilməyəcək.

“QİA.az” İsveç Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, səbəb 40 yaşlı hücumçunun zədəli olmasıdır.

İbrahimoviç İtaliya çempionatının XXXV turunda “Yuventus”u səfərdə 3:0 hesabı ilə yendikləri görüşdə xəsarət alıb.

“Bu gün Zlatan Yanne Anderssona (İsveç yığmadının baş məşqçisi – red.) bildirib ki, zədəyə görə bu yay Avropa çempionatında iştirak edə bilməyəcək”, – qurumun mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2020-ci ildən “Milan”da çıxış edir, İtaliya çempionatının cari mövsümündə onun hesabında 19 matçda 15 qol var.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button