Dünya

Əfqanıstanda beş partlayış törədilib, ölənlər və yaralananlar var

Movavi

Əfqanıstanın paytaxtı Kabildə silsilə partlayışlar törədilib.

“QİA.AZ” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Associated Press” bildirib.

Məlumata görə hadisə zamanı azı iki polis zabiti həlak olub, daha iki dinc sakin yaralanıb.

Ölkə polisinin mətbuat katibi Ferdoz Faramarz bildirib ki, Əfqanıstan paytaxtının qərb hissəsində polis maşınında qoyulmuş elektromaqnit bomba asayiş keşikçilərinin həlak olmasının səbəbi olub.

Qeyd edilir ki, daha iki zabit şəhərin cənubunda törədilmiş partlayış nəticəsində yaralanıb. Üçüncü bomba Kabilin şərqində partladılıb, lakin ölən və yaralanan olmayıb.

Məlumatda azı iki partlayış haqqında da bildirilir. Ancaq polis bu hadisələr haqqında təfərrüatları açıqlamayıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button