Qarabağ İnformasiya Agentliyi 2020-ci il iyun ayının 26-sında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur. QİA.AZ saytında Azərbaycan Respublikasının ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Media qurumu siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və internet saytda «qaynar-xətt» fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.  Agentlikdə yerləşdirilən reklamların məzmununa və müəllif yazılarına görə redaksiya məsuliyyət daşımır.
QİA.AZ informasiya portalının yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

QİA.AZ – “Qarabağ İnformasiya Agentliyi”.

Baş Direktor: Seyfur Hacımuradov

Mob.: +(994) 50 277 36 37 (zəng və whatsapp)
E-mail : [email protected]

Ünvan: Azərbaycan, Bakı, Nərimanov, Şahin Mustafayev küç, 27, AZ1033