Dünya

Əfqanıstanda helikopter qəzaya uğrayıb, 3 hərbçi ölüb, 1-i yaralanıb

Movavi

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17” helikopterinin qəzaya uğraması nəticəsində üç hərbçi ölüb, biri yaralanıb.

“QİA.az” “TOLO News”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə gecə saatlarında ölkənin mərkəzində yerləşən Vardak əyalətinin Caqatu rayonunda baş verib.

“Taliban” qruplaşması isə helikopteri vurduqlarını açıqlayıb və hadisənin məsuliyyətini üzərinə götürüb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button