Gündəm

Əfqanıstanın vitse-prezidenti “Taliban”a qarşı müqavimət göstərməyə çağırıb

Movavi

Əfqanıstanda prezidentin səlahiyyətlərini icra etdiyini elan edən vitse-prezident Əmrullah Saleh “Taliban” hərəkatına qarşı müqavimət göstərməyə çağırıb.

QİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Saleh Almaniyanın “Spiegel” qəzetinə məktub yazaraq Pəncşirdəki müqavimət cəbhəsinə dəstək istəyib.

Qeyd edək ki, avqustun 15-də “Taliban” Kabili tutduqdan sonra Saleh ölkənin şimal-şərqindəki Pəncşir əyalətinə sığınıb və konstitusiyanı əsas gətirərək özünü prezidentin səlahiyyətlərinin icraçısı elan edib.

“Əfqanıstandakı vəziyyətin həlli hələ də var. Pəncşirdəki Milli Müqaviməti tanıyın və dəstəkləyin”, – Saleh məktubunda yazıb.

Saleh, həmçinin keçmiş prezident Əşrəf Qaninin hərəkətlərini tənqid edib:

“Keçmiş prezident Qani Əfqanıstanda qala və dünyanın çağırışına cavab verə bilərdi. “Taliban” onu ələ keçirsə belə, meyiti həbsxanada olardı və ruhu azad olardı. İndi isə onun təkcə bədəni azaddır. Ruhu sona qədər zəncirlənəcək”.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button