Cəmiyyət

Əks-göstəriş sertifikatı alanlar vaksin pasportu və immunitet sertifikatı olanlarla eyni hüquqlara sahibdirlər?

Movavi

Məlum olduğu kimi, bəzi ağır xəstəlikləri olan şəxslər komissiyanın qərarı ilə koronavirus əleyhinə vaksinə qarşı əks-göstəriş sertifikatı ala bilərlər. Bəs, əks-göstəriş sertifikatına sahib şəxslər vaksin pasportu və ya immunitet sertifikatı olanlarla eyni hüquqlara sahibdirmi?

Səhiyyə Nazirliyindən məsələyə münasibət bildirilib.

Məlumatda qeyd olunub ki, vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Yəni, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzinə əks-göstəriş sertifikatı təqdim edilə bilər.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev də Trend-ə açıqlamasında əks-göstəriş sertifikatının vaksin pasportu və immunitet sertifikatı ilə eyni səviyyədə olduğunu bildirib. Qeyd edib ki, onlara hər hansısa bir məhdudiyyət tətbiq olunmur.

Lakin qeyd edək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyinin təhsil işçilərinin vaksinasiyası ilə bağlı keçirdiyi vebinarda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva bildirmişdi ki, əks-göstəriş sertifikatı alan təhsil işçilərinə təhsil müəssisələrində müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Məhdudiyyətlərin nədən ibarət olacağına isə qurum rəhbəri aydınlıq gətirməmişdi.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hələlik bu barədə yekun qərar yoxdur. Yekun qərar verildikdə ictimaiyyətə təqdim ediləcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button